Reinteqrasiya üzrə beynəlxalq məsləhətçi ilə görüş oldu - FOTO
    • 7-04-2022, 12:19
    • 299

Reinteqrasiya üzrə beynəlxalq məsləhətçi ilə görüş oldu - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində himayədar ailə, reinteqrasiya üzrə beynəlxalq məsləhətçi Hyu Salmon ilə görüş olub.

Nazirlikdən News24.az-a verilən məlumata görə, ölkəmizdə himayədar ailə institutunun tətbiqinə hazırlıq işlərindən bəhs edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə mühüm önəm verildiyini vurğulayıb. 

“Himayədar ailə” qayğı modelinin uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən olduğu qeyd edilib. Həmin modelin uşaqların ailə mühitində yaşamalarına və inkişafına şərait yaratdığı diqqətə çatdırılıb. Bu sahədə Türkiyə təcrübəsinin öyrənildiyi də bildirilib.

H.Salmon tərəfindən müvafiq sahələrdə çalışan əməkdaşlara reinteqrasiya, “gatekeeping”, himayədar ailə üzrə müvafiq mütəxəssis konsultasiyaları verilməsi nəzərdə tutulub.