-
- 12-07-2023, 14:42
- 271
Prezident iki fərman imzaladı
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 884-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
News24.az fərmanın mətnini təqdim edir:
1. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1118; 2023, № 1, maddə 51, № 3, maddə 361) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2.1-ci yarımbənddən “(valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar istisna olmaqla)” sözləri çıxarılsın və həmin yarımbəndə “18 yaşınadək uşaqlar;” sözlərindən sonra “valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar;” sözləri əlavə edilsin;
1.2. 1.2.4-cü yarımbənddən “valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar;” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 884-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 882-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 fevral tarixli 946 nömrəli, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 882-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104, № 12 (I kitab), maddə 1467; 2021, № 4, maddə 315; 2023, № 3, maddə 353) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.4-cü bəndə “vəzifəli şəxsləri,” sözlərindən sonra “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları,” sözləri əlavə olunsun və həmin bənddə “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına (bundan sonra – qəyyumluq və himayə orqanları)” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin;
3.2. 2.5-ci bənddə “qəyyumluq və himayə orqanları” sözləri “Nazirlik” sözü ilə əvəz olunsun və həmin bəndə “uşaqlar” sözündən sonra “, himayədar ailə” sözləri əlavə edilsin;
3.3. 4.2-ci bəndin birinci cümləsində və 4.3-cü bənddə “12” rəqəmləri “12 (on iki)” sözləri ilə əvəz edilsin;
3.4. 5.2-ci bəndə “tərkibi” sözündən sonra “(ailə üzvlərinin sayı, o cümlədən ailədə olan uşaqların yaşı və cinsi)” sözləri əlavə edilsin;
3.5. aşağıdakı məzmunda 15.2-1-ci bənd əlavə edilsin:
“15.2-1. Uşaq onu 3 (üç) aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.3.3 – 118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil olunmur.”.
4. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1468; 2023, № 3, maddə 349) aşağıdakı dəyişikliklər edilsin:
4.1. adına və 1 – 3-cü hissələrə “uşaqlar” sözündən sonra “, himayədar ailə” sözləri əlavə edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın adına “uşaqlar” sözündən sonra “, himayədar ailə” sözləri əlavə edilsin.