Samuxda yeniyetmə qız Kürdə boğularaq ölüb
    • 14-07-2023, 23:41
    • 385

Samuxda yeniyetmə qız Kürdə boğularaq ölüb

Samuxda 14 yaşlı qız Kür çayında boğularaq ölüb.

Hadisə çayın Yeni Kənd kəndindən keçən hissəsində qeydə alınıb.  Belə ki, Gəncə şəhər sakini, 2009-ci il təvəllüdlü Aysel Akif qızı Süleymanova çayda çimərkən batıb. Onun meyiti çaydan çıxarılaraq adiyyyatı üzrə təhvil verilib.

Məlumata görə, yeniyetmə qız Kür qırağında ailəsi ilə birlikdə istirahət edirdi.

Faktla bağlı araşdırma aparılır. /APA/