Bakıda dəniz taksiləri fəaliyyət göstərə bilər?
    • 15-07-2023, 15:44
    • 281

Bakıda dəniz taksiləri fəaliyyət göstərə bilər?

Paytaxdakı tıxacı azaltmaq üçün "dəniz taksiləri" ideyası zaman-zaman gündəmə gəlsə də, real addımın atılmadığını müşahidə edirik.

Bəs, "dəniz taksiləri" şəhərdəki tıxacları azalda bilərmi? Bu sistemin yaradılması nə dərəcə həqiqətə uyğundur?

News24.az mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikirlərini öyrənib. 

O, məsələyə turizm və əyləncə mövqeyindən baxdığını bildirib: "Dəniz taksiləri iki sahildə yerləşən şəhərlərdə reallaşa bilər. Bakı şəhərində bu nəqliyyat növü əlverişsizdir. Bu sistem çox baha başa gələ bilər. Dəniz taksiləri fəaliyyətə başlasa, yəqin ki, bir bilet 5-6 manat civarında olacar. 2-3 saatlıq yolu bu məbləğə qət etmək, təbii ki, vətəndaşa sərf etməyəcək. Həm də 1 manatlıq taksilər olduğu halda, bu nəqliyyata tələbat olmayacaq. Bu səbəbdən dəniz taksiləri məsələsinin reallaşmasında perspektiv görmürəm. Ancaq turizmin inkişafı üçün hər hansı bir şirkət tərəfindən dəniz taksilərinə yatırım edilə bilər. Hətta belə bir işin görülməsini dəstəkləyirəm”. 

Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məsələnin reallıq payı ilə bağlı bu fikirləri deyib: “Bu məsələ ilə bağlı hər hansı bir tapşırıq yoxdur. 

Məhərrəm Əliyev