Onlar imtahanda maksimum bal topladı - FOTOlar
    • 30-04-2024, 17:22
    • 140

Onlar imtahanda maksimum bal topladı - FOTOlar

Xəbər verdiyimiz kimi, bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, 4 şagirddən ikisinin adı açıqlanıb.

Belə ki, onlardan biri 270 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Alıyev Nəsib Şamil oğludur.

Digəri, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin 9-cu sinif şagirdi Xəlilli Aylin Elşən qızıdır.