Turist avtobusu qəzaya uğradı : XEYLİ SAYDA YARALI VAR
    • 30-04-2024, 17:28
    • 188

Turist avtobusu qəzaya uğradı : XEYLİ SAYDA YARALI VAR

Yaponiyanın Yokohama şəhərində məktəbliləri daşıyan turist avtobusu ilə yük maşınının toqquşub.

News24.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində yeddisi yeniyetmə olmaqla doqquz nəfər xəsarət alıb.

Bildirilir ki, toqquşma yol ayrıcında baş verib. Yük maşınının sürücüsü ağır yaralanıb, tur avtobusunda olan 7 yeniyetmə və yük maşınında olan sərnişin xəsarət alıb. Onların hamısı xəstəxanaya göndərilib. Polis faktla bağlı araşdırma aparır.

Mehriban Mirzəzadə