NATO-nun ləğvi  Ukrayna üçün ən yaxşı nəticə olardı — Cefri Yanq
    • 17-07-2023, 12:45
    • 203

NATO-nun ləğvi Ukrayna üçün ən yaxşı nəticə olardı — Cefri Yanq

NATO-nun ləğvi və ABŞ ordusunun Avropadan çıxarılması Ukrayna üçün ən yaxşı nəticə olardı.

News24.az xəbər verir ki, bunu amerikalı siyasətçi Cefri Yanq deyib.

O, bu barədə Ağ Evin sözçüsü Con Kirbinin regionda təhlükəsizlik vəziyyətinin dəyişməsi ilə əlaqədar 80 mindən çox ABŞ hərbçisinin Avropada yerləşməsi barədə sözlərinə münasibət bildirərkən deyib. 

Yanq hesab edir ki, NATO-nun ləğvi və ABŞ-ın bütün qoşunlarını həmişəlik Avropadan çıxarması Ukrayna üçün ən yaxşı hadisədir.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden artıq Avropada yerləşdirilən əsgərlərdən razı olmadığını bəyan edib. O, Pentaqona Avropanın təhlükəsizliyini təmin etmək üçün ehtiyatdan 3000 hərbçi çağırmaq səlahiyyəti verən bir fərman verib. 
ABŞ prezidentliyinə namizəd Robert Kennedi isə bu halı Rusiya ilə müharibəyə hazırlıq prossesi kimi adlandırıb.

Arzu