“Qarabağ”ın Bakıdakı matçına 12 min bilet satıldı
    • 14-07-2023, 18:39
    • 336

“Qarabağ”ın Bakıdakı matçına 12 min bilet satıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Linkoln”a (Cəbəllütariq) qarşı ev oyununa bilet satışı davam edir.

News24.az
klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matça indiyə kimi 12 min bilet satılıb.

İyulun 19-u saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin  qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.