Təhlükə qapıda: milyonlarla insan işsiz qalacaq
    • 18-07-2023, 18:12
    • 260

Təhlükə qapıda: milyonlarla insan işsiz qalacaq

Generativ süni intellekdən istifadə getdikcə böyük iqtisadiyyatlarda görülən işlərin beşdə birinin yəni 300 milyon iş yerinin avtomatlaşdırılmasına gətirib çıxaracaq.

News24.az xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankı hesablama aparıb.

Bank tərəfindən bildirilir ki, tədqiqat insan əməyini təqlid edən məzmun yarada bilən ChatGPT kimi "generativ" süni intellekt sistemlərinin təsirinə yönəlib. Bu cür sistemlərin daha geniş tətbiqi məhsuldarlıq bumuna səbəb ola bilər. Nəticədə 10 il ərzində illik qlobal ÜDM-i 7% artıracaq.
Həmçinin texnologiya əsas iqtisadiyyatlarda 300 milyon tam ştatlı işçinin ekvivalentini avtomatlaşdıraraq, əmək bazarına əhəmiyyətli pozuntular gətirəcək. Ən çox hüquqşünaslar və inzibati heyət işsiz qalma riski ilə üzələşəcək. 

Tədqiqatçılar hesablayıblar ki, ABŞ və Avropada iş yerlərinin təxminən üçdə ikisi süni intellektin köməyi ilə müəyyən dərəcədə avtomatlaşdırılmaya məruz qalır.

Tədqiqat göstərir ki, süni intellekt kiçik bizneslər üçün vergi bəyannamələrinin təqdim edilməsi, mürəkkəb sığorta iddialarının qiymətləndirilməsi və ya hadisə yerində araşdırmanın nəticələrinin sənədləşdirilməsi kimi vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir.

Arzu