-
- 18-07-2023, 23:55
- 290
Dünyanın ən böyük aysberqi hərəkətə gəldi
Yer kürəsinin ən böyük aysberqi A23a Antarktida sahillərinə doğru aktiv hərəkətə başlayıb.
News24.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AAETİ) mətbuat xidməti məlumat yayıb.
“Antarktida qışının əvvəlində Antarktida buzlağından ayrıldıqdan 30 ildən çox sonra ayda 150 km-dən çox sürətlə aktiv sürüşməyə başlayıb. Hazırda aysberq Ueddel dənizində Antarktida sahilləri boyunca hərəkət edir”, - mətbuat xidmətinin məlumatında deyilib.
Mətbuat xidməti qeyd edib ki, aysberqin sahəsi təxminən 4170 kv. km-dir.
“A23a aysberqinin gələcəyi bir çox amillərdən asılıdır: axınların təsiri, sualtı relyef çıxıntıları, meteoroloji amillər. Ancaq sonda aysberqin ömrünə sayılı günlər qalıb, o, çox güman ki, bu il əriyəcək”, - institutdan bildiriblər.