-
- 19-07-2023, 13:38
- 227
Avrokomissiyanın rəhbəri: Rusiya Qara dənizin blokadasını dayandırmalıdır
“Rusiya Qara dəniz akvatoriyasının blokadasını dayandırmalıdır”.
News24.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.
O, deyib ki, Avropa İttifaqı ərzaq və əhalinin şəxsi təhlükəsizliyin təminatı üçün beynəlxalq normaların icazə verdiyi bütün üsullardan istifadə edəcək: “Mən BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın taxıl sazişinin qüvvəsini dayandırmasından narahatlıq keçirirəm. Hazırda bir çox yoxsul ölkələr, eləcə də, bütövlükdə dünya dövlətlərinin ərzaq təhlükəsizliyi böyük risk altındadır. Əlbəttə ki, Avropa İttifaqı həmrəylik nümayiş etdirərək, Ukraynanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara çıxarılmasına çalışacaq, lakin ixracın tam həcmdə davam etdirilməsi üçün Qara dənizin blokadasına son qoyulmalıdır”.
Qeyd edək ki, Rusiya sözü gedən regionu iyulun 17-dən etibarən blokadada saxlayır.
Fərid Azəri