Kəbənin örtüyü dəyişdirildi
    • 19-07-2023, 17:25
    • 168

Kəbənin örtüyü dəyişdirildi

Hər il olduğu kimi bu il də, Məhərrəm ayının 1-ci günündə Kəbənin örtüyü dəyişdirilib.

News24.az xəbər verir ki, bu barədə CNN Türk nəşri məlumat yayıb. 

Məkkədə Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən hazırlanan Kəbə örtüyü Həremeyn İşləri sədri və Kəbənin imamı Südeysinin rəhbərlik etdiyi qrup tərəfindən dəyişdirilib.

Xatırladaq ki, ümumilikdə 45 parçadan ibarət olan Kəbə örtüyündə 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən istifadə olunub.