Şamxal Məmmədovun meyiti tapıldı
    • 17-05-2024, 10:29
    • 163

Şamxal Məmmədovun meyiti tapıldı

Gəncədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Atatürk prospektindəki mənzildə yaşayan 1998-ci il təvəllüdlü Şamxal Məmmədovun meyiti tapılıb.

Onun dəm qazından boğularaq vəfat etdiyi bildirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.