16 yaşında ərə verilən qızın dəhşətli etirafları - VİDEO
    • 1-03-2019, 18:07
    • 767

16 yaşında ərə verilən qızın dəhşətli etirafları - VİDEO

Hamilə olduğum dövrdə qayınatam tərəfindən döyülürdüm.

Türkiyənin Beyaz TV telekanalında yayımlanan "Hayatta her şey var" verilişinə zəng edən qızın etirafları hər kəsi dəhşətə gətirib.
Hazırda 23 yaşının olduğunu bildirən qız 16 yaşında ailə qurduğunu söyləyib. O evləndiyi gündən başına gətirilən əziyyətlərdən bəhs edib:
"Toyumuzun ilk həftəsində qayınanam məni döydü. Bunu həyat yoldaşıma söylədikdə isə o, anasından betər zərbələr vurdu. Hamilə olduğum dövrdə qayınatam tərəfindən döyülürdüm. Bunu ailəmə demək istəyəndə ərim mənə hədə qorxu gəldi. Anam baş verənləri öyrənəndə evə qayıtmağımın əleyhinə oldu. Dedi ki, uşaqlarını böyüt".
Çarəsiz qaldığını deyən qız hər kəsi göz yaşlarına boğub.

//MusavatCom