-
- 20-07-2023, 12:32
- 197
İsveçin Bağdaddakı səfirliyini yandırdılar - Qurana görə...
İraqın paytaxtı Bağdadda şiə dini və siyasi lideri Müqtəda əs-Sədrin başçılıq etdiyi Sədr Hərəkatına bağlı qruplar İsveç səfirliyinin binasına girərək binanın bəzi hissələrini yandırıblar.
News24.az xəbər verir ki, etirazçılar Quranın yandırılmasına etiraz olaraq bu addımı atıblar.
Ölkənin Xarici İşlər Nazirliyi Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin tərəfdarları tərəfindən İsveç səfirliyinin yandırılması ilə bağlı açıqlama verib.
“Xarici İşlər Nazirliyi İsveçin Bağdaddakı səfirliyinin yandırılmasını qətiyyətlə pisləyir. Bu hərəkət diplomatik missiya nümayəndəliklərinə hücum və onların təhlükəsizliyini təhdid etməkdir”, - deyə bəyanatda qeyd olunub.
Hökumət İsveç səfirliyinə qarşı aksiyanı törədənlərin tapılması üçün tapşırıq verib.