İsveçin Bağdaddakı səfirliyi yandırıldı
    • 20-07-2023, 16:20
    • 119

İsveçin Bağdaddakı səfirliyi yandırıldı

İraqın paytaxtı Bağdadda toplaşan yüzlərlə nümayişçi bu gün İsveç səfirliyini yandırıb.

News24.az xəbər verir ki, təxribatdan əvvəl İraqda qəzəbli nümayişçilər paytaxt Bağdaddakı İsveç səfirliyi qarşısında toplaşıb. İraq çevik qüvvələri nümayişçiləri səfirlikdən uzaqlaşdırmaq üçün su şırnaqlarından istifadə edib, dağılmayan nümayişçilər isə təhlükəsizlik qüvvələri tərəfindən elektrik dəyənəkləri ilə təqib edilib. Səhər saatlarında səfirliyə daxil olan etirazçılar binanı yandırıblar.

Səfirlik əməkdaşlarının sağ-salamat olduğu açıqlanıb.


Aynurə