"Tez-tez saatı soruşurdu" - Həmkarı Natəvanın ölümündən danışdı
    • 21-07-2023, 09:43
    • 174

"Tez-tez saatı soruşurdu" - Həmkarı Natəvanın ölümündən danışdı

“Özü də inanmırdı gedəcəyinə. Keçən dəfə pis olanda getmişdim yanına. Deyirdi "mənə aeroportda dimedrol vurdular, ona görə pis oldum." Mən də dedim səni çox yaxşı gördüm. Həqiqətən də üzündə, baxışlarında halsızlıq, xəstəlik əlaməti yox idi”.

News24.az xəbər verir ki, bu sözləri aparıcı Nigar Mahmudova dünən vəfat etmiş həmkarı Natəvan Babayeva haqda yazıb. 

“Biz otağa girəndə artıq üzünü örtmüşdülər. Bir neçə dəqiqə çatmadım. Bibiləri, əri, qayınanasının əhatəsində idi. Sonra “bacım”, “mükafatım” dediyi, bütün bu dövrdə hər cür yanında olan Əfsanə Mehdiyeva gəldi. “Efirdəydim, niyə məni gözləmədin deyib” fəryad elədi. Üzünü açıb öpdü. Sonra oğlunu gətirdilər Natavanın. 9-da oxuyur. Dodi deyirdi ona Natəvan. Sözünün başı-ayağı Dodi idi. Balasından narahat getdi.

Onun belə tez gedəcəyi heç birimizin ağlına gəlməzdi. Özü də ölümündən qabaq “vay cavan canım” deyirmiş. Bir də saatı soruşurmuş tez-tez. Son dəfə saat 6-dır deyiblər. “Çox şükür” deyib. 7-yə çatmadı. Ard-arda itirdiyi ana-atasının yanına getdi”, - deyə Nigar Mahmudova qeyd edib.