İstilər ərzaq təhlükəsizliyini təhdid edir: Qiymətlər artacaq
    • 21-07-2023, 15:17
    • 212

İstilər ərzaq təhlükəsizliyini təhdid edir: Qiymətlər artacaq

Alimlər istilərin planetdə fəsadları barədə xəbərdarlıq edirlər.

Planetdəki istilər ərzaq təhlükəsizliyini təhdid edir və bu, yaxın onilliklərdə ərzaq qiymətlərinin artmasına səbəb olacaq .

News24.az xəbər verir ki, bu barədə “The Guardian” yazır. 

Məlum olduğu kimi bu yay dünyanın bir çox ölkəsində anomal istilər qeydə alınıb. Bəzi rayonlarda kritik temperatur fonunda su sərfiyyatı məhdudlaşdırılıb. Tədqiqatçılar yaxın illərdə daha da isti olacağına inanırlar.

Lids Universitetinin professoru Con Marşama görə, bütün dünyada böyük məhsulun itirilməsi riskləri artır.

“Dünyanın heç bir hissəsi iqlim dəyişikliyinin təsirindən sığortalana bilməz”, - deyə alim bildirib.

Başqa bir tədqiqatçı istilərin dənizlərin sakinləri üçün fəsadlarına diqqət çəkib: “Cəmi 2°C istiləşmə mərcan riflərini öldürə bilər”. 
Mütəxəssislər hesab edirlər ki, yaşıllıqlar və süni su anbarları istiliyin mənfi təsirini azalda bilər.

Arzu