Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək
    • 21-07-2023, 20:23
    • 360

Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək

Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri – Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş olacaq.

News24.az​​​ TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Nazir A.Mirzoyan Moskvada keçiriləcək görüşdə iştirak edəcək. Digər təfərrüatlar barədə daha sonra məlumat veriləcək”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan, Ermənistan, və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli formatda sonuncu görüş mayın 19-da Moskvada baş tutub.