Saleh Bağırov ailəsi ilə birlikdə... - FOTO
    • 22-07-2023, 12:53
    • 778

Saleh Bağırov ailəsi ilə birlikdə... - FOTO

İctimai televiziyanın aparıcısı Saleh Bağırov sosial şəbəkədə ailə fotosunu paylaşıb.

News24.az xəbər verir ki, aparıcı qızı Nərgizi doğum günü münasibətilə təbrik edib:

"Şahzadələr nağıllarda olur. Bu qız isə ən gözəl və maraqlı nağılın özü, evimizin də Nərgiz gülüdür! Biz sənin hər anına şükür edirik, varlığına, özəlliyinə, şıltaqlığına, bəzən küsüb tez barışmağına, ədalı danışığına, maraqlı suallarına və bir də sevmək gücünə. Ən əsası da budur! 6 yaşın mübarək Nərgiz gülümüz!".

Qeyd edək ki, aparıcının iki övladı var./teleqraf/