Keyt Middletondan üzücü xəbər
    • 20-05-2024, 19:45
    • 217

Keyt Middletondan üzücü xəbər

Uels şahzadəsi Keyt Middletonun keçdiyi kimyaterapiya kursu təhlükəli yan təsirlərə səbəb olub.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun həkimi Sturt Fişer bildirib.

Onun sözlərinə görə, xərçəng və kimyaterapiya şahzadənin bədəninə, o cümlədən sümük iliyinə, bağırsağın selikli qişasına, saçına və dərisinə zərər verib.

Bildirilib ki, kimyaterapiya Middletonu tükədib, lakin o bunu gizlətməyə çalışır.

Yeri gəlmişkən, şahzadə hazırda üç uşağı və əri Şahzadə Uilyamla malikanəsində tamamilə təcrid olunub. Kensington Sarayı şahzadənin şəxsi həyatına hörmət etdiyi üçün onun müalicəsinin təfərrüatını açıqlamır.