Əməkdar artist İMTİNA ETDİ
    • 20-05-2024, 20:00
    • 3 456

Əməkdar artist İMTİNA ETDİ

“Yerli seriallara çəkilmirəm, çünki, olan-qalan hörmətimi itirmək istəmirəm”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa, Əməkdar artist Naibə Allahverdiyeva “Xoş gəldim” verilişində deyib.

Aktrisa yerli serialları tənqid atəşinə tutub:

“Yerli seriallara çəkilmək istəmirəm, çünki səviyyə məni qane etmir. Aktyorlara aid etmirəm, amma seriallarımızda rejissor işi və ssenari sıfır səviyyəsindədir. Ümumilikdə 2 faiz gənclərin işi məni qane edir. Bir aktrisa bu yaxınlarda mənə dedi, səhər tezdən gecəyə qədər serial çəkilişində oluram, evə çox yorğun vəziyyətdə qayıdıram, əvəzində də qəpik-quruş alıram. Mən özüm Rusiyada filmə dəvət almışam, verilən qonorarı da görmüşəm. Azərbaycanda işıqçıya, texniki işçiyə pul verirlər, amma aktyora pul vermək istəmirlər. Elə sağ olsunlar ki, məni yerli seriallara çəkmirlər”.