“Bombaltı”nın təqdimatı baş tutdu – VİDEO
    • 2-03-2019, 14:17
    • 1 082

“Bombaltı”nın təqdimatı baş tutdu – VİDEO

Ötən gün Nizami Kino Mərkəzində “Bombaltı” filminin təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, ekran işində baş rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Elşən Rəhimov, İlkin Misgərli, Azər Baxşəliyev, Vaqif Şərifov və Duyğu Dəvəli canlandırıb.

Filmdə budəfəki əhvalat Mingəçevir su anbarını partlatmaq istəyən xarici kəşfiyyatçı Petyadan, onu zərərsizləşdirmək istəyən Xüsusi Təhlükəsizlik İdarəsinin əməkdaşı Qənirədən və ona dəstək olan gizli dövlət agentləri Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqaldan bəhs edir.

Bir çox məşhurların da qatıldığı təqdimat gecəsinin görüntülərini təqdim edirik:

Teymur MƏMMƏDOV
Fərid ŞABANOV