Qırğızıstan və Tacikistan sərhədində toqquşma
    • 25-07-2023, 09:49
    • 134

Qırğızıstan və Tacikistan sərhədində toqquşma

Qırğızıstan və Tacikistan sərhədində sərhədyanı rayonların sakinləri arasında yeni münaqişə baş verib. 

News24.az xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə Tacikistandan Qırğızıstan ərazisindən keçən Vorux anklavına gedən yolda baş verib. Sürücülər arasında mübahisə yaranıb, aralarında dava başlayıb.

Qırğızıstanın sərhəd xidməti münaqişənin başlamasında Tacikistan vətəndaşlarını günahlandırıb və əlavə edib ki, Xocai - Aalo kəndinin sakinləri hadisə yerinə gələn Qırğızıstan DİN əməkdaşına hücum edib, onu döymək istəyiblər və maşının arxa güzgüsünü sındırıblar.

Akqabay