-
- 4-06-2021, 08:41
- 609
Qırğızıstan və Tacikistan sərhədində vəziyyət gərginləşdi
Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.
News24.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb. Bişkek Düşənbəni sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı hökumətlərarası müqavilələri pozmaqda günahlandırıb.
Məlumata görə, 4 iyun tarixində yerli vaxtla təxminən saat 03:00-da Tacikistan Oş vilayətinin Çon-Alay rayonunun Unvu-Bulak bölgəsindəki sərhəd hissəsində konteyner quraşdırıb. Həmçinin Qırğızıstan 1000 metrə qədər Qırğızıstan ərazisinə daxil olub.
Eyni zamanda Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin verdiyi məlumata görə, sərhədin Tacikistan tərəfində avtomobillərdə və yüngül zirehli maşınlarda hərbi personalın toplaşması qeydə alınıb.