Bakıda oğurluq edən şəxslər həbs edildi
    • 25-07-2023, 10:37
    • 172

Bakıda oğurluq edən şəxslər həbs edildi

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Aqil Camalov saxlanılıb.

Araşdırmalarla onun “Toyota” markalı daha bir avtomobildən 630 manat pul oğurlaması da müəyyən olunub.

Bundan başqa, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 10-na keçən gecə rayon ərazisindəki kafelərdən birinin həyətindən 2 ədəd soyuducu, qaz sobası və yuyucu aparat oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini İsmayıl Qitinmaqamedov müəyyən olunaraq saxlanılıb.