Şimali Koreya Pxenyanda hərbi parad keçirə bilər
    • 26-07-2023, 08:58
    • 82

Şimali Koreya Pxenyanda hərbi parad keçirə bilər

KXDR iyulun 27-nə keçən gecə Pxenyanda Vətən Azadlıq Müharibəsində (1950-1953-cü illər Koreya müharibəsi) Qələbə Gününə təsadüf edən hərbi parad keçirə bilər.

News24.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Yonhap agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, peyk görüntülərində KXDR paytaxtının mərkəzində paradın keçirilməsinə hazırlıq əlamətləri görünür. Qeyd olunur ki, parad gecə yarısı başlaya bilər. Agentlik paradda ballistik raketlərin və taktiki nüvə silahlarının nümayiş oluna biləcəyini iddia edir.