Müəllim olmaq istəyənlərin nəzərinə
    • 26-07-2023, 10:05
    • 150

Müəllim olmaq istəyənlərin nəzərinə

İyulun 26-da saat 11:00-dan bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır.

Bu barədə News24.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.