"Ağ Şəhərdə radiasiya ilə bağlı təhlükə yoxdur"
    • 26-07-2023, 10:57
    • 115

"Ağ Şəhərdə radiasiya ilə bağlı təhlükə yoxdur"

"Hazırda Ağ Şəhərdə radiasiya ilə bağlı heç bir təhlükə yoxdur".

News24.az "Report"-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev qurumun bu ilin 6 ayı ərzində gördüyü işlərə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, bununla bağlı monitorinqlər aparılıb, vaxtilə orada radiasanın miqdarı ilə əlaqədar təhlükə mövcud olsa da, hazırda heç bir təhlükə əlaməti yoxdur.