Qadın jurnalistə sürgün cəzası verildi - VİDEO
    • 26-07-2023, 11:07
    • 145

Qadın jurnalistə sürgün cəzası verildi - VİDEO

İran məhkəməsi qadın jurnalistə sürgün cəzası verib.

News24.az xəbər verir ki, “Ticarət News” xəbər saytının baş redaktoru və jurnalist Mərziyə Mahmudi İran məhkəməsi tərəfindən ikinci dəfə 24 milyon tümən (972 ₼) cərimə ödəməyə və 1 il müddətinə Xorasan-e Rəzəvi əyalətinin ucqar Türbət Cam şəhərinə sürgün edilib.

Jurnalist öz “Twitter” hesabında bu barədə məlumat paylaşaraq etiraz aksiyalarında iştirak edən qadınları təhqir edən radikal molla və keçmiş millət vəkili Həmid Rəsayinin şikayəti əsasında cəzalandırıldığını bildirib.

Qeyd edək ki, İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə yaxın jurnalist həbs olunub.