Həbsxanada üsyan: 18 ölü, 11 yaralı
    • 26-07-2023, 11:34
    • 241

Həbsxanada üsyan: 18 ölü, 11 yaralı

Ekvadorun Quayaquil şəhərində yerləşən, ölkənin ən böyük həbsxanası olan Litoralda məhbuslar arasında dava ilə başlayan hadisələr üsyana çevrilib. 

News24.az xəbər verir ki, iğtişaşda 18 nəfər ölüb, 11 nəfər yaralanıb. 

Digər həbsxanalara da yayılan iğtişaşda ən azı 96 mühafizəçi məhbuslar tərəfindən girov götürülüb. 

Ekvador prezidenti Gilermo Lasso ölkədəki həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan edib.