Yaşayış binasında mal-qara saxlayır
    • 26-07-2023, 14:47
    • 189

Yaşayış binasında mal-qara saxlayır

Çində fermer yaşayış binasının eyvanında mal-qara bəsləyir.

News24.az xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.

Medianın yazdığına görə, kişi bir müddət əvvəl kənddən şəhərə köçüb və özü ilə çəkisi 10 kiloqramdan 20 kiloqrama qədər olan yeddi öküz gətirib.

Fermerin qonşuları heyvanların üfunətli qoxusundan dəfələrlə şikayət ediblər.

Bildirilir ki, səlahiyyətlilər artıq heyvanları kişidən alıb.