Məşhur bloger İranda asılacaq
    • 26-07-2023, 15:37
    • 212

Məşhur bloger İranda asılacaq

Tehran tribunalı mərc şirkətlərini və oyun şirkətlərini reklam edən məşhur bloger Milan Hatəmini ölüm cəzasına məhkum edib. 

News24.az xəbər verir ki, bu barədə “Bukmeker Reytinq” portalı məlumat yayıb.

2021-ci ildə İnterpolun tələbi ilə Hatəmi Türkiyə hakimiyyəti tərəfindən həbs edilib.

Bloger dələduzluqda ittiham olunub. Milan iddia edib ki, qumar oyunları və şirkətləri ilə sövdələşmələr vasitəsilə külli miqdarda pul qazanıb. Onun məhkəməsi iki il davam edib.

Nəşr yazır ki, hökmün çıxarılmasından dörd ay keçib, buna görə də artıq qüvvəyə minə bilər, yəni asılaraq ölüm cəzasına məhkum edilə bilər.

Akqabay