Daşqınlarda itən 4 nəfərdən 3-nün cəsədi tapıldı
    • 26-07-2023, 16:21
    • 148

Daşqınlarda itən 4 nəfərdən 3-nün cəsədi tapıldı

Kanadanın Yeni Şotlandiya əyalətində güclü yağışın yaratdığı seldə itən 2-si uşaq olmaqla 3 nəfərin cəsədi tapılıb.

News24.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb. 

Səlahiyyətlilər itkin düşən yeniyetmənin axtarışlarının davam etdiyini bildirib.

Xatırladaq ki, bölgədə iyulun 21-dən başlayan şiddətli yağışlar səbəbi ilə elektrik kəsilməsi nəticəsində 80 mindən çox insan zərər çəkib, əyalətin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib.

Kanada Meteorologiya Xidməti güclü yağışların iyulun 30-dək davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Nərmin Murad