Azərbaycanda tanınmış prokuror vəfat etdi
    • 27-07-2023, 09:59
    • 216

Azərbaycanda tanınmış prokuror vəfat etdi

Uzun illər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Səlim Süleymanov vəfat edib.

News24.az xəbər verir ki, prokurorluq veteranı S.Süleymanov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, S.Süleymanov vaxtilə bir sıra rəhbər vəzifələri tutub, rayon prokuroru olub. Hazırda onun oğlu da prokurorluq orqanlarında çalışır.