Yadplanetliləri görən şahidlər danışdı:
    • 27-07-2023, 10:20
    • 162

Yadplanetliləri görən şahidlər danışdı: "ABŞ höküməti bunu illərdir gizlədir"

ABŞ Konqresində “uçan naməlum obyekt” (UNO) və “naməlum hava fenomeni” (UAP)  haqqında məlumatları hökumətin gizlətdiyi iddia edilib.

News24.az xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.
 
Xəbərə görə, ABŞ Konqresində UNO və UAP-larla bağlı keçirilən sessiyada daha əvvəl ABŞ ordusunda xidmət etmiş 3 kəşfiyyatçı şahid qismində ifadə verib.

ABŞ-də 14 il kəşfiyyatçı kimi çalışan David Qruş bu ilin əvvəlinə qədər UAP-ları araşdıran Pentaqonun işçi qrupunun nümayəndəsi olduğunu deyib. 

O, UAP-larda "insanlara aid olmayan üzvi canlı komponentlərin" tapıldığını iddia edib.

Kəşfiyyatçı naməlum ibyektlər tapıldığını iddia edərək, hökumətin illərdir bununla bağlı məlumatları ictimaiyyətdən gizlətdiyini vurğulayıb.

Keçmiş donanma komandiri David Fravor 2004-cü ildə Kaliforniyada başqa bir pilotla birlikdə "dənizin üstündə üzən oval formalı bir obyekt" gördüyünü söyləyib.

Sözügedən obyektin çox sürətlə hərəkət etdiyini və yoxa çıxdığını dilə gətirən Fravor bir dəqiqə keçməmiş sirli obyektin son görünən yerdən çox uzaqlarda yenidən peyda olduğunu açıqlayıb.

Nərmin Murad