Çin orduda: rüşvət və korrupsiyaya QARŞI
    • 27-07-2023, 10:48
    • 90

Çin orduda: rüşvət və korrupsiyaya QARŞI

Çin hərbi rüşvət və korrupsiyaya qarşı mübarizəyə başlayıb.

News24.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Söhbət “layihələr və ordu hissələri ilə bağlı məlumatların sızmasından”, həmçinin tenderlərin alınmasında müəyyən şirkətlərə yardımdan gedir. Hərbi Texnikanın İnkişafı Departamenti tender prosesini nəzərdən keçirən ekspertlərin iştirakı ilə araşdırma aparacaq.

Qeyd olunur ki, korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi Çin prezidenti Si Qinpinin Çin silahlı qüvvələrini modernləşdirməyə, o cümlədən innovasiyaların tətbiqi yolu ilə çağırışı ilə üst-üstə düşüb.

Çin 2027-ci ilə qədər müasir ordu qurmağı qarşısına məqsəd qoyub.