Ukrayna cənubda böyük hücuma başlayıb
    • 27-07-2023, 10:51
    • 94

Ukrayna cənubda böyük hücuma başlayıb

Ukrayna cənubda böyük hücuma başlayıb, lakin bu hələ həlledici döyüş hesab edilməməlidir.

News24.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bu, Ukraynanın Rusiyanın güclü müdafiə xəttinə qarşı hücuma keçməsindən təxminən iki ay sonra baş verir. Agentlik bildirib ki, indiyədək minalanmış sahələr, tank maneələri və digər müdafiə vasitələri səbəbindən irəliləyiş ləng olub.

Müharibənin Tədqiqi İnstitutunun analitikləri bildiriblər ki, Ukrayna qüvvələri Zaporojyenin qərb hissəsində “böyük mexanikləşdirilmiş əks-hücum əməliyyatına başlayıb” və bunun nəticələri hələ də bəlli deyil.