Zelenskinin xalqa müraciəti tənqid edildi
    • 27-07-2023, 11:10
    • 312

Zelenskinin xalqa müraciəti tənqid edildi

"Twitter" istifadəçiləri Zelenskinin Rusiyanın məğlubiyyəti ilə bağlı xalqa müraciətini tənqid ediblər.

News24.az xəbər verir ki, "Twitter" istifadəçiləri Ukrayna prezidenti Vladimir Zelenskinin xalqa müraciətində Rusiyanın “münaqişəni uduzduğunu” və “heç bir raketin onu xilas etməyəcəyini” söylədiyi üçün qınayıb:

“Rusiyanın məğlubiyyəti haqqında deyil, gec olmadan sülh danışıqları haqqında danışmaq daha yaxşıdır”. 

“Siz bunu münaqişə başlayandan deyirsiniz və vəziyyət getdikcə daha da pisləşir".

“Siz bu məqsəddən heç vaxt olmadığı qədər uzaqsınız”.

"Xəyal qurmağı dayandırıb reallığa baxın" - şərhlərdə qeyd olunub.