Hollivud ulduzu süni intellektdən təzminat tələb edir
    • 27-07-2023, 20:43
    • 469

Hollivud ulduzu süni intellektdən təzminat tələb edir

"Inception" filminin ulduzu Cozef Qordon Levit süni intellektdən təzminat tələb edib.

 News24.az xəbər verir, aktyor bu barədə “The Washington Post” qəzetinə bildirib. 

Sənətçi süni intellektin kino üçün təhlükəli olduğunu düşünür.

“Uzun illərdir ki, süni intellektə heyran olmuşam, çünki texnologiya getdikcə daha da inkişaf edir. Ancaq bu, mənim sahəmdə - kinoda çalışan adamlara sərf etmir. Əgər süni intellekt bizdən öyrəndikləri tətbiq edib, sayəmizdə pul qazanacaqsa, bizə təzminat ödəsin. Qazandığı pulun yarısını bizə versin" - deyə aktyor qeyd edib.  

Günəş Mərd