İqtisadçıdan psixoloqa cavab:
    • 27-07-2023, 21:25
    • 214

İqtisadçıdan psixoloqa cavab: "Evlənməyən xanımlara pozğun deyilmir"

Bir qadın milyonların qarşısında dönə-dönə evlənməyəcəyini və subay qalacağını bəyan edirsə, bu onun yüngül həyat tərzinə marağını göstərir”. 

Psixoloq Gülnar Orucovanın saytlardan birinə verdiyi müsahibədə qeyd etdiyi bu fikirlər sosial mediada müzakirələrə səbəb olub. Bir çox istifadəçilər psixoloqu kəskin tənqid edib.

Mövzu ilə bağlı News24.az – a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bizdə heç kim öz işi ilə məşğul olmur: 

“Hər kəs öz işi ilə məşğul olsa, belə fikirlərə münasibət bildirməsə bu mövzular gündəm yaratmaz.  

Hər kəsin öz həyatını istədiyi kimi yaşaya bilər. Əsas odur qanunları pozmasın".

İqtisadçı qeyd edib ki, dünyada minlərlə insan ömrünün sonuna kimi tək yaşayır: "Bu, çox normaldır. Kimsə də çıxıb onların pozğun olduğu iddia etmir. 

Bəlkə də xanım psixoloq belə bir fikir irəli sürməklə insanların psixoloji durumunu yoxlayır. Onların verəcəyi reaksiyanı öyrənmək istəyir. Hər bir halda bu, yaxşı deyil". 

Günəş Mərd