Mirzoyan İrana buna görə getmişdi - Rusiyalı politoloq
    • 28-07-2023, 11:25
    • 673

Mirzoyan İrana buna görə getmişdi - Rusiyalı politoloq

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı və azərbaycanlı həmkarları ilə üçtərəfli görüş üçün Moskvaya getməzdən əvvəl Tehrana səfər edib. Tehranda o, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Əmir Əbdüllahian tərəfindən qəbul edilib. Bu səfər kölgədə qaldı”.

News24.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

O bildirib ki, ötən il ATƏT-in Minsk Qrupunun formatı faktiki olaraq dondurulduqdan sonra əksər ekspertlər Ermənistan-Azərbaycan nizamlanması ətrafında gedən prosesləri Rusiya və ABŞ arasında “soyuq müharibə”nin növbəti versiyası kimi qələmə verməyə başladılar. 

“Bu arada, Qafqazın gündəmi daha mürəkkəbdir. İranın mövqeyi hansı tərəfə aid edilməlidir? Qərbpərəstlər, əlbəttə ki, yox. Tehran ardıcıl olaraq “qeyri-regional oyunçuların” Qafqaz işlərinə qarışmasının əleyhinədir. Eyni zamanda, Tehranı rusiyayönlü oyunçular sırasına daxil etmək olmaz. İran Abxaziya və Cənubi Osetiyanı tanımayıb və tanımaq niyyətində deyil. Moskvanın həm Türkiyə, həm də İsraillə münasibətlərindən də narahatdır. Türkiyə və İsrail Bakının iki əsas hərbi və siyasi tərəfdaşıdır. Bütövlükdə bu, İranı Cənubi Qafqazda xüsusi oyunçu edir. Ermənistan isə bütün gücü ilə öz təhlükəsizliyinin xarici mənbələrini gücləndirməyə çalışır, təkcə Rusiyaya və ya Qərbə deyil, həm də onun arqumentlərini qəbul etməyə hazır olanlara, istər İran, istərsə də Hindistana müraciət edir”, - Markedonov qeyd edib.

Akqabay