NASA öz yayım platformasını elan etdi
    • 28-07-2023, 15:19
    • 184

NASA öz yayım platformasını elan etdi

Amerikanın NASA agentliyi kosmosdan yayımlanan striminq xidməti yaradıb.

News24.az xəbər verir ki, agentlik rəsmi YouTube kanalında yeni onlayn platformanın treylerini yayımlayıb.

Platformada heç bir reklam və ya abunə haqqı olmayacaq. Yayım iOS və Android üçün rəsmi proqramda müxtəlif cihazlarda hər kəs üçün əlçatandır.

Platformanın dəqiq istifadəyə verilmə tarixi hələ açıqlanmayıb.