Xəbərdarlıq edildi: 730 aviareys təxirə salındı
    • 28-07-2023, 16:27
    • 177

Xəbərdarlıq edildi: 730 aviareys təxirə salındı

ABŞ-də 730-dan çox aviareys təxirə salınıb.

News24.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Məlumata əsasən, ABŞ Federal Aviasiya Administrasiyası şimal-şərq ştatlarında və Atlanta, Denver və Florida hava limanlarında uçuş marşrutlarının yenidən müəyyən ediləcəyi barədə xəbərdarlıq edib.

Uçuşların ləğvi dünən günorta və axşam saatlarında tufan xəbərdarlığından sonra baş verib.