-
- 29-07-2023, 12:37
- 568
Azərbaycan kartları ələ alır: Fransanın “SON NƏĞMƏ”Sİ...
Xəbər verdiyimiz kimi, Ermənistanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri dünən Azərbaycanla sərhəddə olan, hazırda “humanitar yük” adı ilə göndərilmiş 19 TIR-ın dayandığı Kornidzor kəndinə səfər ediblər.
Tərəflər arasında sülh danışıqlarının aktuallaşdığı ərəfədə Ermənistanın bu addımları nəyə hesablanıb?
Politoloq Cümşüd Nuriyev mövzunu News24.az-a şərh edib.
O bildirib ki, Avropa Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir: “Rəsmi İrəvan Azərbaycanın ərazi bütövüyünü tanıyıb və sülh sazişini imzalamaq istəyir. Bu dövləti qızışdıran Rusiya-Fransa duetidir. Hər iki ölkə Ermənistanı itirmək istəmir. Amma Fransa əlaltından Rusiya ilə birgə fəaliyyət göstərir. Çünki rus oliqarxlarının bütün biznesi, vəsaitləri Fransadadır. Oradan kifayət qədər daşınmaz əmlak alıblar. Təxminən 300 milyard avronun üzərində olan vəsaitdən söhbət gedir. Ona görə çalışırlar ki, Avropanın akreditə olunmuş diplomatik heyəti ilə Azərbaycana qarşı sanksiya tətbiq etsinlər. Bu, alınmayacaq. Çünki Şərqi Avropa buna imkan verməyəcək. Avropa ittifaqına daxil olan 27 dövlətin doqquzunun Azərbaycanla tərəfdaşlıq haqqında müqavilələri var. İlin sonuna qədər Azərbaycan daha 3 dövlətlə qaz nəqli ilə bağlı yeni müstəvidə əlaqə qurulacaq”.
Politoloq qeyd edib ki, Ermənistanın sərhəddəki addımları Fransanın “son nəğmə”sidir: “Bu ölkə öz problemlərini həll edə bilmir. Fransa Makronu vəzifəyə gətirən ermənilərin tapşırıqlarını icra etməkdən başqa bir iş görmür. Fransanı həmçinin, ABŞ-nin maraqlarının təmsilçisi kimi də təqdim etmək olar. Rəsmi Vaşinqton Azərbaycana qarşı mövqe tutmaq istəmir. Amma ABŞ həmişə Fransanın əli ilə hansısa dövlətləri sıxışdırmağa çalışır.
Özünü demokratiyanın carçısı adlandıran Avropa dövlətləri çoxüzlü siyasət yürüdürlər. Ancaq bu addımlar heç bir nəticə verməyəcək. Azərbaycan geri çəkilməməlidir. Biz çox səbrli davranmalı, bütün təhdidlərə hazır olmalıyıq. Aqressiv davransaq, səbrsiz hərəkət etsək, böyük ziyana uğraya bilərik”.