-
- 29-07-2023, 14:18
- 368
Səkkiz saat yuxu lazım deyil - Professor
Harvard Universitetinin professoru Daniel Liberman tam dincəlmək üçün həqiqətən nə qədər yuxuya ehtiyacımız olduğuna dair maraqlı məlumatlar paylaşıb. Çoxları böyüklərin hər gecə düz səkkiz saat yuxuya ehtiyacı olduğuna inanır, lakin professor bunun tamamilə doğru olmadığını iddia edib.
O, televizordan və hətta elektrik işığından istifadə etməkdən imtina edən insanları misal çəkib. Yuxunu ölçmək üçün onların üzərinə xüsusi sensorlar quraşdırıldıqda məlum olub ki, onlar gündə cəmi altı-yeddi saat yatırlar və bu, onların yaxşı istirahət etmələri üçün kifayətdir.
Professor izah edib ki, işıq uzunmüddət televizora baxmaq və ya yatmazdan əvvəl telefondan istifadə etmək normal vaxtda yatmağımıza mane olur. Araşdırmalar göstərib ki, əgər biz smartfon və ya televizor ekranı qarşısında uzun saatlar keçirməsək, o zaman yatmaq üçün daha az vaxta ehtiyacımız olacaq.