Erməni hərbiçi əsgər yoldaşını GÜLLƏLƏDİ
    • 29-07-2023, 15:08
    • 200

Erməni hərbiçi əsgər yoldaşını GÜLLƏLƏDİ

İyulun 26-da başından güllə yarası alaraq ölən Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri Murad Qriqoryanın ölümü ilə bağlı təfərrüat üzə çıxıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, Ermənistan İstintaq İdarəsi döyüş mövqeyində olan M.Qriqoryan və əsgər yoldaşı A.N. arasında mübahisə baş verdiyini, nəticədə A.N.-in PK pulemyotu ilə Qriqoryanı güllələdiyi müəyyən edilib.

A.N. barəsində bu gün həbs qətimkan tədbiri seçilib.