Suraxanıda zibillikdə qidalanan mal-qara
    • 31-07-2023, 02:19
    • 240

Suraxanıda zibillikdə qidalanan mal-qara

Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan bəzi  şəxslərə məxsus mal-qara zibillikdə eşələnib məişət tullantıları ilə qidalanır.

News24.az xəbər verir ki, nəzarətsiz mal-qaralar, həmçinin antisanitar vəziyyət də yaradır.

Sakinlərin sözlərinə görə, zibil qutularının yerinin dəyişdirilməsi ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilib.

Xəzər tv mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Leyla SƏMƏNDƏR