ABŞ Ukraynaya böyük miqdarda qrant ayırdı
    • 31-07-2023, 16:45
    • 117

ABŞ Ukraynaya böyük miqdarda qrant ayırdı

Ukrayna ABŞ-dan maaşlar və sosial yardımların ödənilməsinə yönəldilməsi planlaşdırılan 1,25 milyard dollar qrant alıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna hökuməti məlumat yayıb.

Ukrayna Nazirlər Kabinetindən verilən məlumata görə, qrant “Dövlət idarəçiliyinin dayanıqlılığının təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində ayrılıb. O büdcə xərclərinin, xüsusən də sosial və humanitar xərclərin qismən kompensasiyasını nəzərdə tutur.

Hökumət qeyd edib ki, bu il Kiyev artıq ABŞ-dan 8,45 milyard dollar büdcə dəstəyi alıb.

Akqabay