Geomaqnit qasırğası insanlara necə təsir edir?- HƏKİMDƏN AÇIQLAMA
    • 31-07-2023, 19:50
    • 225

Geomaqnit qasırğası insanlara necə təsir edir?- HƏKİMDƏN AÇIQLAMA

Son bir neçə aydır, mütəmadi olaraq geomaqnit qasırğasının baş verməsi haqqında məlumatlar oxuyuruq.
Geomaqnit qasırğalarının yaranma səbəbləri nədir? Hər on bir yarım ildən bir günəşin fəaliyyəti yüksəlir. Daxili püskürmələr nəticəsində elektrik hissəcikləri kosmosa atılır və onların bir hissəsi atmosferə gəlir. Bu zaman Yer demək olar ki, maqnit kimi fəaliyyət göstərir.
Bəs bu qasırğa insan sağlamlığına necə təsir edir?



Mövzu ilə bağlı News24.az-a danışan terapevt Abbas Bağırov bildirdi ki, geomaqnit qasırğası zamanı xroniki xəstəlikləri olan insanlara hava şəraiti xüsusi təsir edir:

"Orqanizimdə bu qasırğanı hiss edən reseptorlar var. Maqnit qasırğaları artan kimi bu reseptorlar endokrin sistemə birbaşa təsir göstərir. Endokrin sisteminin sırasında da əsas böyrəküstü vəzin fəaliyyətindəartımlar olur. Nəticədə adrenalin artır, bu artma da damarların yığılmasına, büzülməsinə səbəb olmaqla yanaşı, nəbzin artmasına təsir göstərir. Bundan da əsasən ürək-damar xəstəliyi olanlar əziyyət çəkir.  Xroniki xəstəliyi olan şəxslər mütləq şəkildə dərmanlarını qəbul etməlidirlər.  Xəstəliyi olmayan insanlar da belə baş ağrısı ola bilər. Qasırğadan qorunmaq üçün evdən çölə çıxmamaq, ekoloji təmiz qidalarla qidalanmaq, az-az amma tez-tez yemək yemək və istirahət etmək lazımdır".

Aydan Beydullayeva